İngiltərənin "Mançester Siti" klubu Fransa "Renn"inin vingeri Ceremi Doku ilə müqavilənin şərtlərini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı belçikalı bu yaxınlarda İPL-dən Səudiyyə Ərəbistanı çempionatına keçən yarımmüdafiəçi Riyad Mahrezin əvəzləyicisi olduğu bildirilir. Hazırda klublar transferin məbləğini razılaşdırmağa çalışırlar. "Renn" Dokuya görə 55 milyon avro almaq istəyir.
Ceremi Doku bu mövsüm "Renn"in heyətində iki oyun keçirib, bir qol vurub.
Mirağa