"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba sentyabra planlaşdırılan növbəti beynəlxalq fasilə zamanı Fransa millisinə çağırılacaq.
Fanat.Az "La Stampa"ya istinadən xəbər verir ki, millinin baş məşqçisi Didye Deşam ulduz futbolçuya dəvət göndərməyə hazırlaşır.
Lakin Poqbanın oynayıb-oynamayacağı bilinmir. Məsələ burasındadır ki, ulduz futbolçu ötən mövsüm bir neçə dəfə zədə almış və buna görə A Seriyasında meydana çıxmamışdı. Həmçinin yarımmüdafiəçi Fransanın çatdığı Qətərdəki dünya çempionatını buraxmaq məcburiyyətində qalmışdı.
Xatırladaq ki, Poqba bir il əvvəl “Mançester Yunayted”dən azad agent olaraq “Yuventus”a qayıdıb.
Mirağa