Moskva "Spartak”ı mərkəz müdafiəçisi transfer edib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı serb futbolçu Srcan Babiç İspaniyanın "Almeriya" klubundan Rusiya təmsilçisinə keçib.
Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsümü "Almeriya"da keçirən Srcan Babiç 35 oyun keçirib və 3 dəfə fərqlənməyi bacarıb.
Nahid Məmmədov