Super Liqasının ikinci turunda "Samsunspor"un qonağı olan İstanbul nəhənginin iki futbolçusu zədələnib.
Fanat.Az "beinsports"a istinadən xəbər verir ki, "sarı bülbüllər"in yeni transferləri Cengiz Ünder və Fred sıradan çıxıb.
Görüşün start heyətində yer alan futbolçular zədə səbəbindən oyunu bitirə bilməyiblər. Cengiz Ünder görüşün 64-cü dəqiqəsində, Fred isə 85-ci dəqiqədə məcburi əvəzləniblər.
Nahid Məmmədov