İspaniya çempionatının 3-cü turu çərçivəsində "Real Madrid" "Selta" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, “kral klubu"unun 1:0 hesablı minimal qələbə qazandığı matçda vurulan yeganə qolun müəllifi yeni transfer Cud Bellingem olub.
"Opta"nın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Kriştianu Ronaldu və Uesli Sneyderdən sonra madridlilərin heyətində keçirdiyi ilk üç matçın hər birində qol vuran üçüncü oyunçu olub.
"Real Madrid" Bellingemi bu yay Dortmund "Borussiya"sından alıb. Müqavilənin dəyəri 103 milyon avro təşkil edib. Cud Madrid nəhəngi ilə 2029-cu ilin iyun ayının sonuna qədər müddətə uzunmüddətli müqavilə bağlayıb.
Mirağa