"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba yaxşı formada olduğunu və uzun sürən zədədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşdığını deyib.
Fanat.Az xəbər verir ki, DAZN onun dediklərini belə çatdırıb:
"Yaxşı formadayam və tezliklə oynamaq istəyirəm. "Yuventus" Poqbadan nə gözləyə bilər? İlk günlərdə olduğum qədər acam. İşləmək, qələbə qazanmaq, oynamaq üçün alışıb yanıram. Hələ 30 yaşım var. Azarkeşlərimizə mükafatlar hədiyyə etmək istəyirəm ki, stadiona həvəslə gəlsinlər".
Qeyd edək ki, Poqba artıq bu mövsüm "Yuve" forması ilə oynayıb. O, 24 dəqiqə meydanda olub.
Nihat