Hüquqları "Bayern Münhen"ə məxsus olan 21 yaşlı niderlandlı yarımmüdafiəçi Rayan Qravenberx daha bir ingilis top-klubunun maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, "Liverpul" futbolçunu transfer etməkdə maraqlıdır. Beləliklə, "mersisaydlılar" Qravenberx üçün "Mançester Yunayted"lə mübarizə aparmalı olacaq. Rayan özü isə daha çox oyun təcrübəsi əldə etmək istədiyi klubda oynamaq istəyir.
Niderlandlı yarımmüdafiəçi ötən mövsüm "Bayern"in heyətində 33 matç keçirib və bir məhsuldar ötürmə edib. Onun Münhen nəhəngi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb.
Mirağa