"Nottingem Forest" yarımmüdafiəçisi Brennan Conson üçün "Brentford"dan rəsmi təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Brentford" qarşı tərəfə 50 milyon avro və müxtəlif bonuslar təklif etsə də, "qırmızılar"ın rəhbərliyi qarşı tərəfə "yox" deyib. Mənbə 22 yaşlı Consonla "Tottenhem"in də maraqlandığını və "Nottingem Forest"lə danışıq apardığını vurğulayıb.
2022/2023 mövsümündə "meşəbəyilər"in forması ilə bütün turnirlərdə 44 matça çıxan Brennan 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədərdir.
Nihat