"Nyukasl"ın müdafiəçisi və kapitanı Camal Lassels hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, insident İngiltərənin Nyukasl-apon Tayn şəhərindəki gecə klubunda baş verib. 29 yaşlı ingilis futbolçu və onun qardaşı onları güllələməklə hədələyən bir neçə nəfərin hücumuna məruz qalıb.
Münaqişə naməlum şəxslərdən birinin Lasselsin qardaşını qəsdən itələməsi və vurması ilə başlayıb. Bundan sonra "Nyukasl"ın kapitanı araya girərək həmin şəxsi itələyib. O isə futbolçuya araq şüşəsi atıb. Bundan sonra bir qrup naməlum şəxs onu döyməyə başlayıb.
Hadisə nəticəsində ağır yaralanan Lasselsin qardaşı xəstəxanaya aparılıb. Polis insidenti araşdırır.
"Nyukasl" İngiltərə Premyer Liqasının 3-cü turunda "Liverpul"a uduzub.
Mirağa