London "Arsenal"ının ukraynalı müdafiəçisi Aleksandr Zinçenko kareyrası ərzində ona qarşı oynayan ən təhlükəli futbolçu ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu bu barədə "YouTube" üzərindən yayımlanan "Rio Ferdinand Presents FIVE" kanalına danışıb:
"Bu, Məhəmməd Salahdır. O, elə cəld, sürətli və güclüdür ki, ani şəkildə istənilən istiqamətə yönələ bilir. Salahın nə edəcəyini öncədən müəyyənləşdirmək mümkün deyil. Ona imkan versən, sonradan saxlamaq müşkülə çevriləcək".
Qeyd edək ki, Zinçenko ötən ilin iyulunda "Mançester Siti"dən "Arsenal"a keçib.
Nihat