Gürcüstan millisinin daha bir futbolçusunun karyerasını İtaliya A Seriyasında davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu, Moskva "Dinamo"sunu "Torino"ya dəyişən Saba Sazonovdur.
Məlumatı "Dinamo"nun rəsmi saytı yayıb.
Qeyd edək ki, Gürcüstan seçməsinin vingeri Xviça Kvaratsxeliya ötən ilin yayından "Napoli"nin uğurları üçün çalışır. O, Neapol təmsilçisinin heyətində İtaliya çempionu olub.
Nihat