Dortmund "Borussiya"sı yeni hücumçu transfer etmək üzrədir.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "arılar" "Verder"in forvardı Niklas Füllkruqu rənglərinə bağlamağa yaxındır.
Mənbə "Borussiya"nın Bremen təmsilçisinə 13 milyon avro ödəyəcəyini, eləcə də müxtəlif bonusların nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, 30 yaşlı Füllkruq Almaniya yığmasının da üzvüdür. O, milli forma ilə çıxdığı 9 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat