"Benfika"nın qapıçısı Odisseas Vlaxodimos kareyrasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Yunanıstan millisinin qolkiperi "Nottingem Forest"lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Mənbə "meşəbəyilər"in Lissabon klubu ilə danışıq apardığını və tərəflərin hələ ortaq məxrəcə gəlmədiklərini vurğulayıb. İPL təmsilçisinin "Benfika"ya 9 milyon avro təklif etdiyi, portuqalların isə daha çox qazanmaq istədiyi bildirilib.
Qeyd edək ki, Odisseas Ştutqartda doğulub və Yunanıstanın əsas yığmasına dəvət alanadək Almaniyanın U-21 də daxil olmaqla, bütün aşağı yaş qrupları üzrə millilərində oynayıb. O, 2018-ci ildən "Benfika"nın formasını geyinir.
Nihat