Premyer Liqa nəhəngi "Mançester Yunayted" yeni müdafiəçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" "Tottenhem"in müdafiəçisi Serxio Reqilon ilə razılığa gəlib.
26 yaşlı oyunçu MY-də icarə əsasında çıxış edəcək. O, artıq yeni klubunda tibbi müayinədən keçib.
Razılaşdırılan müqavilə şərtləri olduqca maraqlıdır. Belə ki, Reqilon almaq hüququ olmadan icarəyə veriləcək. Üstəlik, “Mançester Yunayted” futbolçunu yanvarda asanlıqla geri qaytara bilər.
Qeyd edək ki, Reqilon MY-də bir müddət əvvəl zədələnən Lük Şounu əvəz etməlidir.
Mirağa