23 yaşlı portuqaliyalı müdafiəçi Nunu Tavareş "Arsenal"dan ayrılmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
London klubu onu "Nottingem Forest"ə bir illik icarəyə göndərir. Futbolçunun icarəsi "meşəçilər"ə bir milyon avroya başa gələcək. İcarəyə 14 milyon dollarlıq satın alma hüququ, həmçinin 3,5 milyon dollar bonus daxildir.
Futbolçu 2022/23 mövsümünü icarə əsasında "Olimpik Marsel"də keçirib. O, ötən mövsüm Fransa klubunda 39 matça çıxaraq 6 qol vurub. Tavareşin "topçular"la müqaviləsinin müddəti 2025-ci ilin ortalarında başa çatacaq.
Mirağa