UEFA prezidenti Səudiyyə Ərəbistanı klublarının Çempionlar Liqasında iştirak edə biləcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Turkiye Gazetesi" qitə futbol qurumunun rəhbərinin bu barədə dediklərini belə çatdırıb:
“Səudiyyə Ərəbistanı yanlış yoldadır. Dünya futbol ulduzlarını almaq səhv addımdır, onlar öz oyunçularını və məşqçilərini inkişaf etdirməyə çalışmalıdırlar. Amma bu, mənim problemim deyil.
Bildiyim qədər, karyeralarının zirvəsində olan Kilian Mbappe və Erlinq Holand Səudiyyə Ərəbistanını xəyal etmirlər. Düşünmürəm ki, ən yaxşı oyunçular Səudiyyə Ərəbistanına gəlib.
Mətbuat Səudiyyə Ərəbistanı klublarının UEFA Çempionlar Liqasında iştirakı barədə bizdən soruşmadan xəbər yaydı. Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında yalnız Avropa klubları iştirak edə bilər. Səudiyyə Ərəbistanı klubları bunu edə bilməz”.
Mirağa