"Yuventus"u Almaniyanın "Union" klubuna dəyişən Leonardo Bonuççi ilk dəfə legioner həyatı yaşamasından danışıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi fikirlərini Bundesliqa təmsilçisinin rəsmi saytına bölüşüb:
"İlk dəfə ölkə xaricində oynamaq mənim üçün xüsusi önəm daşıyır. "Union"da yüksək səviyyədə oynamağa davam etmək və üç çətin turnirdə təcrübəm sayəsində komandaya faydalı olmaq şansım var. Karyeramın bu mərhələsini səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Bonuççi 12 il (2017/2018 mövsümündə "Milan"da oynayıb) "Yuventus"un formasını geyinib.
Nihat