"Barselona"nın müdafiəçisi Kleman Lanqle cari mövsümü icarə əsasında İngiltərədə keçirəcək.
Fanat.Az-ın məlumatına görə, Ktaloniya klubu onu "Aston Villa"ya icarəyə verib.
İnformaiyanı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Lanqle ötən mövsümü icarə əsasında "Tottenhem"də keçirmişdi. Arxa xətt oyunçusu Hotspur təmsilçisinin forması ilə bütün turnirlərdə 35 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Nihat