PSJ hücumçu Kolo Muaninin transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Fransa nəhəngi bu keçidi rəsmi saytı vasitəsilə açıqlayıb.
Almaniya "Ayntraxt"ının forvardı ilə müqavilənin müddəti 2028-ci ildə başa çatacaq. Parislilər futbolçu üçün təxminən 80 milyon avro ödəyib.
Muani keçən mövsüm Frankfurq təmsilçisinin heyətində bütün yarışlarda 46 görüşdə 23 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mirağa