"Tottenhem"in qapıçısı Uqo Lyorislə Premyer Liqanın digər klubu "Nyukasl" maraqlanır.
Fanat.Az “Equipe” nəşrinə istinadən xəbər verir ki, transfer pəncərəsinin son günlərində “sağsağanlar” təcrübəli fransıza təklif yollasa da, rədd cavabı alıb.
Mənbənin məlumatına görə, Lyoris Hotspur təmsilçisində qalmağa qərar verib. Beləliklə, 36 yaşlı qolkiper "Tottenhem"lə 2024-cü ilin iyun ayının sonuna qədər hesablanmış müqaviləsinin başa çatmasını gözləyəcək.
Uqo Lyoris 2012-ci ildən London komandasında çıxış edir. Ötən mövsüm Premyer Liqada 25 oyun keçirən qolkiper 39 qol buraxıb.
Mirağa