"Real Madrid" şənbə günü, sentyabrın 2-də La Liqanın 4-cü turu çərçivəsində evdə "Xetafe"ni 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Karlo Ançelotti üçün bu qələbə "Real"ın "sükanı arxası"ında 172-ci qələbə olub.
Bu göstəriciyə görə italiyalı mütəxəssis Zinəddin Zidana çataraq 2-ci yeri bölüşdürür.
Yalnız Migel Munyosun daha çox qələbəsi var - 357.
Ançelottinin rəhbərliyi altında "Real Madrid" 111 La Liqa, 36 Çempionlar Liqası, 17 Kral Kuboku, 4 Klublararası Dünya Kuboku, 2 Avropa Superkuboku, 2 İspaniya Super Kuboku matçı qazanıb.
Mirağa