Rusiya yığması yoldaşlıq oyunu üçün özünə rəqib tapıb.
Fanat.Az xəbər verir ki, şimal qonşumuz Qətər ilə qarşılaşacaq.
Məlumatı Qətər Futbol Assosiasiyası rəsmən təsdiqləyib.
Tərəflər arasında görüş sentyabrın 12-də El Vakradakı "El Janub" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Bundan əvvəl Rusiya Futbol İttifaqı sentyabrın 7-də və 11-də Misirin olimpiya yığması ilə yoldaşlıq görüşlərinin keçiriləcəyini açıqlamışdı.
Mirağa