"Barselona"nın yarımmüdafiəçisi Qavi "Barselona"nın tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu buna İspaniya La Liqasının 4-cü turunda "Osasuna"ya qarşı keçirdikləri matçda (2:1) meydana çıxaraq nail olub.
Belə ki, Qavi "Barsa" forması ilə 100-cü görüşünü 19 yaş 28 günlüyündə keçirərək yeni rekorda imza atıb. İndiyədək Kataloniya klubunun tarixində heç bir oyunçu bu yaşda 100 matç həddinə çatmamışdı.
Qeyd edək ki, Qavi yetirməsi olduğu İspaniya nəhəngində 2021-ci ilin 30 avqustunda, "Xetafe" ilə La Liqa qarşılaşmasında debüt edib.
Nihat