Danimarkalı qapıçı Kasper Şmeyxel karyerasını Belçikada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbənin məlumatına görə, qolkiper "Anderlext"dən təklif alıb. Artıq tərəflər arasında danışıqlara start verilib və prinsipial şərtlər razılaşdırılıb.
Müqavilənin müddətinin bir illik - 2024-cü ilin yayına kimi olacağı bildirilir.
Şmeyxel bundan əvvəl Fransada çıxış edib. O, "Nitsa"nın şərəfini qoruyub.
Mirağa