"Tottenhem" klubu "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallagerin keçidini reallaşdıra bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, transfer pəncərəsinin bağlandığı gün “Tottenhem” 23 yaşlı ingilis üçün qarşı tərəfin 40 milyon funt-sterlinqlik tələbini qarşılaya bilməyib.
Klublar arasında danışıqlar dalana dirənib. Beləliklə, Qallager "Çelsi"də oynamağa davam edəcək.
Konor Qallager bu mövsüm "Çelsi"nin heyətində 5, keçən mövsüm isə 50 matçda iştirak edib. O, bu görüşlərdə 5 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa