İki İtaliya nəhəngi - "Milan" və "İnter" A Seriyasında tarixi nəticəni təkrarlayıblar.
Fanat.Az "OptaPaolo"ya istinadən xəbər verir ki, əzəli rəqiblər buna çempionatının ilk 3 turunu maksimum nəticə ilə tamamlayaraq nail olublar.
Daha öncə əzəli rəqiblərin hər iksi yalnız 1971/1972 mövsümündə belə uğurlu startla diqqət çəkə bilmişdilər.
Qeyd edək ki, hazırda hərəyə 9 xal toplayan "İnter" və Milan" A Seriyasının turnir cədvəlində uyğun olaraq 1-2-ci yerləri bölüşürlər. Milan təmsilçiləri növbəti turda bir-biri ilə qarşılaşacaqlar. Derbi sentyabrın 16-da baş tutacaq. "Qara-göylər" matça nominal meydan sahibi qismində çıxacaq.
Nihat