"Barselona"nın "Brayton"a icarəyə verdiyi Ansu Fati niyə bu kluba keçdiyinin səbəbini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "qağayılar"ın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Baş məşqçi Roberto De Dzerbi ilə danışdım və o, mənə tam güvəndiyini dedi. O, məni meydanda hansı rolda gördüyünü mükəmməl şəkildə izah etdi, eləcə də hansı oyun keyfiyyətlərimi yaxşılaşdıra biləcəyimi incələdi. De Dzerbi "Brayton"a keçməyimdə həlledici amil oldu".
Qeyd edək ki, Fati cari mövsümün sonuna qədər "Brayton"un formasını geyinəcək. Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Nihat