İtaliya nəhəngi "Milan"ın müdafiəçisi Fode Ballo-Ture karyerasını İngiltərə "Fulhem"ində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, klublar 26 yaşlı seneqallının bir mövsümlük icarə müqaviləsi barədə razılığa gəliblər. Anlaşmaya satınalma daxil deyil. "Fulhem" Ballo-Turenin maaşının hamısını ödəyəcək.
Fode Ballo-Ture bu mövsüm "Milan"ın heyətində çıxış etməsə də, ötən çempionatda 14 oyun keçirib və 1 qol vurub.
Mirağa