"Latsio"nun hücumçusu Çiro İmmobile baş məşqçi Luçano Spalettinin rəhbərliyi altında İtaliya millisinin yeni kapitanı olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı forvardın qarşıdakı oyunlara çağırılan futbolçular arasında hamıdan çox oyun keçirməsi buna şərait yaradıb. Onun hesabında 54 oyun var.
Millidə İmmobiledən iki oyun az keçirən PSJ-nin qapıçısı Canluici Donnarummanın vitse-kapitan olacağı vurğulanır.
Əvvəllər İtaliya yığmasının kapitanı Leonardo Bonucci idi. Onun hesabında 121 matç var, lakin bu dəfə yığmaya çağırış almayıb.
Qarşıdan gələn Avro-2024-ün seçmə mərhələsində İtaliya Şimali Makedoniya (9 sentyabr) və Ukrayna (12 sentyabr) ilə qarşılaşacaq.
Mirağa