"Jirona"nın futbolçuları Erik Qarsiya və Pablo Torre bu mövsüm "Barselona" ilə matçlarda komandasına kömək edə bilməyəcək.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu futbolçuların icarə müqaviləsinə aid olduqları komandaya qarşı oynamağı qadağan edən bənd daxil edib.
Xatırladaq ki, Torre və Qarsiya daha çox oyun praktikası əldə etmək üçün "Jirona"ya yollanıblar. "Barselona" rəhbərliyi bu komandanı Pablo və Erikin inkişafı üçün uyğun hesab edib. La Liqanın dörd turundan sonra "Jirona" "Barselona" ilə eyni xala malikdir və ikinci yerdə qərarlaşıb.
Mirağa