Argentina millisi rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, Lionel Messinin komandası buna DÇ-2026-nın seçmə mərhələsində Ekvadoru 1:0 hesabı ilə üstələyərək nail olub.
Sözügedən kollektiv dünya çempionatlarının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 22 oyuna çatdırmaqla tarixinin ən yaxşı nəticəsini reallaşdırıb.
Bu göstəricidə Cənubi Amerika rekordu ardıcıl 34 görüşdə yenilgi tanımayan Braziliyaya məxsusdur.
Dünya çempionatının seçmə mərhələlərində mütləq rekordçu isə İspaniyadır. Pirineylilər 1993-cü ildən 2021-ci ilə qədər ardıcıl 66 oyunda uduzmayıb.