"Real Madrid" rəhbərliyi klubun gənclərdən ibarət komandasının baş məşqçisi Raul Qonzaleslə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatıma görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Kral klubu" "Vilyarreal"ın baş məşqçi postuna əsas namizəd olan 46 yaşlı mütəxəssisin iş yerini dəyişməsinə problem yaratmayacaq. Mənbə tərəflərin danışıqları davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, "Vilyarreal" La Liqanın ilk 4 turunda 3 xal topladığı üçün klub bossları ispan mütəxəssis Kike Setyeni istefaya göndərib.
Nihat