Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün İngiltərəyə qarşı keçirəcəkləri ev oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu fikirlərini UEFA-nın saytına bölüşüb:
"Yalan danışmayacam, ingilislərin heyətində daha güclü ifaçılar cəmləşib. Onlara qarşı son iki qarşılaşma bizim üçün uğursuz olub. Amma düşünürəm ki, nə vaxtsa alınmalıdır. Əsas olan düzgün hazırlaşmaqdır. Revanş şansımız var.
Üç gündə iki top milli ilə üz-üzə gələcəyik: İngiltərə və İtaliya. Çətin olacaq, ancaq onlarla mübarizə aparmaqdan çəkinmirik. İtaliya yığması taktiki cəhətdən hazırlıqlı və intizamlıdırsa, İngiltərə müdafiədə möhkəm, hücumda rəngarəngdir".
Qeyd edək ki, Ukrayna - İngiltərə matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq. Qarşılaşma Polşanın Vrotslav şəhərində keçiriləcək.
Nihat