Lamin Yamal İspaniya millisinin tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, "buğalar"ın heyətində qol vuran ən gənc futbolçu olub.
"Barselona"nın yarımmüdafiəçisi AÇ-2024-ün seçmə mərhələsində Gürcüstana qarşı səfərdə keçirdikləri matçın (7:1) 74-cü dəqiqəsində fərqlənərək rekorda imza atıb.
Yamal rəqib qapısına 16 yaş 57 günlüyündə yol tapıb. O, 17 yaş 304 günlüyündə millidə qol vuran "Barselona"dakı komanda yoldaşı Qavinin rekordunu qırıb.
Nihat