İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Ukrayna seşməsinə qarşı Polşada keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, Sautqeyt fikirlərini UEFA-nın saytına bölüşüb:
"Ukrayna yığması təhlükəli və təşkilatlanmış komandadır. Xüsusilə əks-hücumda parlaq oyun nümayiş etdirirlər. Biz rəqib futbolçuları meydanın mərkəzində neytrallaşdırmağa çalışmalıyıq. Ukrayna seçməsinin İngiltərə Premyer Liqasında çıxış edən oyunçularını yaxşı tanıyırıq".
Qeyd edək ki, tərəflərin İngiltərədə baş tutan birinci görüşündə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.
Nihat