PSJ-nin yarımmüdafiəçisi Yulian Draksler klubdan getməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq məlumat verib.
Alman futbolçu Qətərin "Əl-Əhli" klubuna getmək istəməyib. Klub 29 yaşlı oyunçuya cəlbedici müqavilə təklif etsə də, Yulian Avropada qalmağa qərar verib.
Qeyd edək ki, hücummeyilli yarımmüdafiəçi ötən mövsümü icarə əsasında "Benfika"da keçirib və 10 matçda cəmi 1 qol vurub.
Mirağa