"Barselona" rəhbərliyi komandanın baş məşqçisi Xavi ilə müqavilə yeniləyəcək.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 2021-ci ilin noyabrından Kataloniya təmsilçisini çalışdıran mütəxəssisin maaşı da artırılacaq.
Xəbərə görə, hazırda illik 4 milyon avroya yaxın əməkhaqqı alan Xavi əvvəlkindən iki dəfə çox qazanacaq. Mənbə tərəflərin artıq razılığa gəldiyini vurğulayıb.
Qeyd edək ki, Xavinin "Barsa" ilə indiki müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Nihat