AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi Bolqarıstanı qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start "11-lik"də çıxan Yankoviç 84-cü dəqiqədə əvəzlənib.
5 oyuna 8 xal toplayan Monteneqro seçməsi yer aldığı qrupda 3-cü pillədə mövqe tutub.