Belçikalı yarımmüdafiəçi Raca Nainqqolan İtaliyanın C Seriyasında çıxış edən SPAL-dan ayrılıb.
Fanat.Az xəbər verir ki, o, tezliklə karyerasını başqa bir İtaliya klubunda davam etdirə bilər.
C Seriyasında çıxış edən "Brindisi" onunla müqaviləyə maraq göstərir. Klub hətta sosial şəbəkə hesabında futbolçuya çağırış edib: "Hörmətli Raca, sizin üçün yerimiz var. Brindisi gözəl şəhərdir və azarkeşlər İtaliyanın ən yaxşısıdır. Buyurun, fikirləşin, sizi gözləyirik".
Nainqqolan 2018-2021-ci illərdə İtaliyanın "Roma" və "İnter" kimi nüfuzlu klublarında çıxışı ilə tanınır.
Mirağa