"Bornmut"un hücumçusu Dominik Solankenin gələcək taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, "gilənarlar" rəsmi saytı vasitəsi ilə Solanke ilə müqavilə yeniləndiyini bəyan edib.
"Çelsi"nin yetirməsi olan 26 yaşlı forvard 4 illik anlaşmaya imza atıb.
Solanke "Bornmut"da 2019-cu ilin yanvarından çıxış edir. O vaxtdan bəri eyniadlı şəhərin təmsilçisində 179 oyuna çıxan "9 nömrə" 58 qol və 25 məhsuldar ötürmə müəllifi olub.
Nihat