"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviç Səudiyyə Ərəbistanı klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Serbiya millisinin forvardının dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
“Baxmayaraq ki, orada uzun illər oynamışam, hazırda İngiltərə ilə bağlı nostalji duyğular yaşamıram. Nəhayət ki, top kluba keçdiyim üçün xoşbəxtəm. “Əl-Hilal” Səudiyyə Ərəbistanında “Real Madrid”i xatırladır. Burada olmaqdan məmnunam. Titullar qazanmaq istəyirəm”.
Xatırladaq ki, Mitroviç "Əl-Hilal"a bu yay "Fulhem"dən transfer olunub. O, cari mövsüm yerli çenpionatda 4 matça çıxaraq 5 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat