"Tottenhem" İngiltərə Premyer Liqası tarixində unikal nəticəyə imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, Hotspur təmsilçisi buna "Şeffild Yunayted"lə oyunda nail olub.
İPL-in 5-ci turunun matçında Angelos Postekoğlunun yetirmələri 0:1 hesabı ilə geridə olsalar da, 90+8-ci dəqiqədə hesabı bərabərləşdirməyi, 90+10-da isə qələbə qolunu vurmağı bacarıblar. Bu nəticə İPL tarixinin ən gec geridönüşü olub. Əvvəlki rekord da "Tottenhem"ə məxsus idi. London təmsilçisi 2021/2022 mövsümündə “Lester”ə 90+5-ci dəqiqəyə qədər uduzsa da, sonda meydandan 3 xalla ayrılmışdı.
Xatırladaq ki, Premyer Liqanın ilk beş turundan sonra 13 xalı olan “Tottenhem” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Nihat