"Bayern Münhen"in hücumçusu Harri Keyn əvvəlki klubu "Tottenhem"in çıxışlarını izləməyə davam edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" ingilis ulduzun dediklərini belə çatdırıb:
“Ümumiyyətlə futbolu izləyirəm, ona görə də həmişə İngiltərə Premyer Liqasında oyunların icmallarına baxıram. Premyer Liqa mənim izlədiyim və ömrümün sonuna qədər izləyəcəyim turnirdir. “Tottenhem” mövsümə yaxşı başladı. Bu əladır”.
Xatırladaq ki, Keyn "Bayern"ə "Tottenhem"dən bu yay transfer olunub. Cari mövsüm Almaniya nəhənginin forması ilə 4 Bundeliqa matçına çıxan 30 yaşlı forvard 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat