Venesuelalı hücumçu Kevin Kelsi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Porto"ya qarşı oyununda (1:3) qol vurmaqla "Şaxtyor"un tarixinə düşüb.
Fanat.Az "Profootball"a istinadən xəbər verir ki, Ukrayna klubunun futbolçusu 19 yaş 54 günlüyündə bu uğura imza ataraq, "mədənçilər"in tarixində Çempionlar Liqasında qol vuran ən gənc oyunçu olub.
Ümumilikdə Kevin Kelsi "Şaxtyor" klubunda 23 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa