"Arsenal"ın hücumçusu Qabriel Martinelli Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçiriləcək matçı - PSV-yə qarşı oyunu kənardan izləyəcək.
Fanat.Az "Hayters"ə istinadən xəbər verir ki, bunu "topçular"ın baş məşqçisi Mikel Arteta deyib:
"Martinelli dizaltı vətərində narahatlıq hiss etdi. Zədənin nə qədər ciddi olduğunu öyrənmək üçün əlavə müayinəyə ehtiyac var. O, PSV ilə matçda meydanda olmayacaq. Qabrielin “Tottenhem”lə çempionat oyununda iştirak etməməsi də mümkündür”.
Qeyd edək ki, "Arsenal" - PSV qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat