Misli Premyer Liqasının lideri "Zirə" "Neftçi"yə qarşı "Neftçi Arena"da keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.
"Qartallar"ın mətbuat katibi Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, komandada yalnız bir itki var:
"Hazırda zədəli oyunçumuz yoxdur. "Neftçi"yə qarşı yalnız ötən tur qırmızı vərəqə alan Pyer Zebli oynaya bilməyəcək. Komanda ənənəvi qaydada gündə bir məşq edərək qarşıdakı matça hazırlaşır".
Qeyd edək ki, "Zirə" 6 oyuna 15 xal toplayıb. Sözügedən kollektivin hərəyə 10 xal yığan 4 təqibçisi var.
Nihat