Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Polesye” də növbəti matçına çıxıb.
Emilin komandası “Minay”ı qəbul edib və 2:1 hesabıyla qalib gəlib.
62-ci dəqiqədə meydana çıxan Mustafayev 81-ci dəqiqədə sarı vərəqə alıb. O, 83-cü dəqiqədə komandasının qələbə qolunu vurub.
8 tura 15 xal toplayan “Polesye” turnir cədvəlində 16 iştirakçı arasında 4-cü pillədədir.