Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar Asiya Çempionlar Liqasının oyunundan - Özbəkistan "Navbahor"u ilə matçdan (1:1) sonra klub rəhbərliyindən komandanın baş məşqçisi Jorje Jezuşun istefaya göndərilməsini tələb edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Jezuşla ulduz oyunçu arasında münaqişə “Navbahor”la uğursuz oyundan sonra baş verib. Belə ki, Braziliya millisinin üzvü epizodların birində yerdə qalandan sonra rəqib oyunçunu itələyərək ona topla zərbə endirib. "Əl-Nəsr"in portuqaliyalı çalışdırıcısı bu hərəkətə göz yummayıb və paltardəyişmə otağında "sambaçı"ya iradlarını çatdırıb. Sərt tənqidi həzm edə bilməyən, komanda yoldaşlarının yanında pərt olan Neymar isə klub bosslarına şikayət edib.
Yazılanlara inansaq, "Əl-Hilal" rəhbərliyi artıq Jezuşla görüşərək nəticələr yaxşılaşmayacağı halda, onun müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyini diqqətinə çatdırıblar.
Nihat