"Ayaks" rəhbərliyi klubun idman direktoru Sven Mislintatı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı Amsterdam təmsilçisinin rəsmi saytı yayıb.
Onunla əməkdaşlığa komandanın cari mövsüm arzulanan nəticələrlə diqqət çəkməməsi səbəbindən son qoyulub.
Mislintat 2023-cü ilin mayında bu posta təyin edilmişdi. "Ayaks" cari mövsüm Niderland çempionatında 4 oyuna 5 xal toplayıb və hazırda turnir cədvəlində 14-cü yerdədir.
Nihat