"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza bu mövsüm Turin təmsilçisinin hədəfinin nə olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, İtaliya millisinin üzvünün dediklərini jurnalist Alfredo Pedulla şəxsi saytı vasitəsi ilə belə çatdırıb:
"Bu komandada oynayırsansa, sənin üzərinə müəyyən öhdəliklər düşür. "Yuventus"un böyük tarixi, titulları olan klubdur. Paltardəyişmə otağımızda kapitan Danilo və Rabyo kimi inanılmaz liderlik keyfiyyətlərinə malik oyunçularımız var. Gələn il Çempionlar Liqasında oynamaq üçün ilk dörd yerdən birini tutmaq istəyirik. Müasir futbol sərgiləməyə çalışırıq. Baş məşqçinin bizə aşıladığı oyun tərzi məhz budur”.
Qeyd edək ki, Kyeza cari mövsüm A Seriyasında 6 matça çıxaraq 4 qol vurub.
Nihat